CEYHUN BAYRAMOV ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ İLƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİN NORMALLAŞDIRILMASI PROSESİNİ MÜZAKİRƏ EDİB

Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bu barədə C.Bayramov “Twitter” səhifəsində bildirib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

“Azərbaycanın regionda sülhə və sabitliyə sadiqliyini və buna nail olmağa tam hazır olduğunu bir daha təsdiqlədim”, – nazir yazıb.