CAVANŞİR FEYZİYEV “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev C.Ə.Feyziyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Əyyub oğlu Feyziyev “Şöhrət” ordeni ilə təltif edilsin.