
Bu gün “Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “CEO MeetUp Logistics & Trade” tədbiri keçirilib.
Tədbirə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev o, cümlədən Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibovun çıxışları ilə başlanıb.
Daha sonra tədbir avtomobil daşımaları və ölkədaxili loqistika mövzularında panel iclasları ilə davam edib. Panel iclaslarında sahibkarların və müvafiq dövlət qurumlarının əməkdaşları çıxış ediblər.
Sonunda “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.





