CAHİT BAĞCI YARDIMA GÖRƏ AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB

Türkiyə səfiri Cahit Bağcı Azərbaycanın Türkiyəyə göndərəcəyi yardıma görə təşəkkür edib.

Bu barədə səfirin tvitterində qeyd edilib.

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ilk tam təchizatlı xilasedici dəstəni daşıyacaq təyyarə hərəkətə hazırlanır. Sağ ol qardaşım. Keçmiş olsun Türkiyə”, – deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.