Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib.
“Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olan igid hərbçilərə Allahdan rəhmət, onların ailələrinə və silah yoldaşlarına başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirəm”, – deyə səfir əlavə edib.

