
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşaya gedib.
Diplomat bu barədə tvitter hesabında qeyd edib.
“Münasibətlərimizi müttəfiqlik səviyyəsinə çatdıran tarixi Şuşa Bəyannaməsinin ikinci ildönümündə Şuşanın tarixi meydanındayıq. Yaşasın Türkiyə Azərbaycan Qardaşlığı”,- deyə o əlavə edib.
Qeyd edək ki, Şuşa Bəyənnaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanıb.



