Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır. Bu bəyanat Türkiyə və Azərbaycan əlaqələrinin hər bir sahədə genişləndirilməsi və dərinləşdirilməsidir.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr genişlənir.
“Şuşa bəyannaməsi bizim üçün bir təlimatdır və hər birimiz bu təlimata uyğun fəalliyyət göstəririk”, – deyə səfir bildirib.
O qeyd edib ki, 30 illik bir acının arxasınca Azərbaycan həm hərbi, həm də siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu.