
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə paylaşım edib.
Bu barədə səfirin “twitter” hesabında qeyd edilib.
“Qardaş Azərbaycanın Ulu Öndəri və Azərbaycanı güclü və müasir dövlətə çevirən ideyaların müəllifi Heydər Əliyevi anadan olmasının 100-cü ildönümü münasibətilə dərin ehtiramla yad edirik”, – deyə paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.