CAHİT BAĞÇI: BİZ DİASPORUN GÜCÜNÜ ÇOX GEC ANLAYAN ÖLKƏLƏRDƏN BİRİYİK

Biz diasporun gücünü çox gec anlayan ölkələrdən biriyik.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşada keçirilən Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində olarkən jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, ölkəmizdən xaricdə minlərlə vətəndaşımız yaşayır.

“Onlar bir araya gələrək öncə öz məsələlərini, daha sonra digər türk dövlətləri ilə birlikdə digər məsələləri müzakirə etməlidirlər.

Dünən Bakıda, bu gün Şuşada keçirilən forum bu aspektdən çox önəmlidir.

Ombudsmanlardan diasporlara qədər çox fərqli sahələrdə əməkdaşlıqlarımız inkişaf edib. Türk Dövlətləri Təşkilatı üzv ölkələr arasında önəmli lokomotiv rolunu oynayır”, – deyə C.Bağçı bildirib.