Çad prezidenti İdris Debi ölkənin şimalında üsyançılarla döyüş zamanı aldığı yaralardan vəfat edib.
Bunu Çad ordusunun rəsmi nümayəndəsi televiziya ilə çıxışı zamanı bildirib.
Qeyd olunub ki, İ.Debi üsyançılarla toqquşmalar zamanı ön cəbhədə mübarizə aparıb.
Qeyd edək ki, prezident dünən seçkilərdə qalib gəlib. Qalibiyyətdən sonra ön cəbhəyə gedib və orada hücuma məruz qalıb.