
Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün imkan yaranıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Rusiya Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində pis işləməyib:
“İndi isə biz Azərbaycan-Ermənistan münasibətlərinin və ümumilikdə Cənubi Qafqazda mühitin normallaşmasına kömək edirik. Burada 1990-cı illərdən bəri Qarabağ münaqişəsi ilə əlaqədar bağlı qalmış bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən bizim sayəmizdə açılması üçün imkan yaranıb”.