CƏNUBİ KOREYADA TAYFUN SƏBƏBİNDƏN 452 AVİAREYS LƏĞV EDİLİB

Koreya yarımadasının cənub hissəsinə çatan “Kanun” tayfunu səbəbilə Cənubi Koreyada 452 aviareys ləğv edilib.

Bu barədə Cənubi Koreyanın hava limanlarını idarə edən korporasiyalar məlumat yayıb.

Avqustun 10-na Cənubi Koreyada ümumilikdə 2 138 reys planlaşdırılmışdı. İnçxon Beynəlxalq Hava Limanında 1 048 reysdən 145-i ləğv edilib və ya təxirə salınıb.

“Kanun” ölkənin cənub sahillərinə yerli vaxtla saat 09:20-də (Bakı vaxtı ilə 04:20) çatıb, onun bütün yarımadadan keçəcəyi gözlənilir. Dünən 200-dən çox reys ləğv edilmişdi.