Koreya Respublikasının hakimiyyəti Muan hava limanında qəzaya uğrayan “Boeing 737” təyyarəsinin qara qutularını tapıb.
Bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
“Qara qutulara gəlincə, uçuş məlumatlarını qeydə alan cihaz və səsyazma qurğusu çıxarılıb”, – məlumatda bildirilir.
Telekanal izah edib ki, birinci cihaz uçuş məlumatlarını, ikincisi isə pilot kabinəsindəki danışıqları qeydə alır.