CƏNUBİ KOREYADA “MEYMUNÇİÇƏYİ”NƏ İLK YOLUXMA HALLARI AŞKARLANIB

Cənubi Koreyada “meymunçiçəyi” xəstələyinə ilk yoluxma halları aşkarlanıb.

Bu barədə “Yonhap” agentliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinə istinadən məlumat yayıb.

“Çərşənbə axşamı meymunçiçəyinə yoluxma ehtimalı olan iki hadisə aşkar edilib və diaqnostik testlər aparılır”, – deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, xəstələrdən biri İnçhon şəhərinin tibb mərkəzinə yerləşdirilib.