
Cənubi Çexiyada şiddətli qar fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub.
Çex Radiosu istinadla xəbər verir ki, Cənubi Çexiyanın bəzi ərazilərində qar örtüyünün qalınlığı hazırda 75 santimetrə çatır. Bu səbəbdən qatarların hərəkət cədvəli pozulur. Bir neçəsi nəqliyyatın hərəkəti üçün bağlanan magistral yollarda ciddi problemlər müşahidə edilir. Bütün qartəmizləyici texnika səfərbər edilsə də, yollarda nəqliyyat vasitələrinin keçidini təmin etmək mümkün olmur. Bölgədə 10 min ev işıqsız qalıb.
Bu arada Çexiyanın əksər rayonlarında qar intensivləşib. Paytaxt Praqada da nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Polis yol qəzalarının sayının kəskin artdığını, energetiklər isə elektrik təchizatı sistemində yaranan nasazlıqlar səbəbindən işıqların kəsildiyini bildirirlər.