CƏBRAYILDA MİNA HADİSƏSİ BAȘ VERİB – XƏSARƏT ALAN VAR

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Qeyd olunub ki, xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.