CƏBRAYILDA “AZƏRSUN” MMC-YƏ MƏXSUS MAŞIN MİNAYA DÜŞÜB, SÜRÜCÜ YARALANIB

2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Bu barədə ANAMA-dan məlumat verilib.

“Azərsun Holdinq” MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü – 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.