CƏBRAYIL VƏ QUBADLIDA MODUL TİPLİ XƏSTƏXANALAR QURAŞDIRILACAQ

Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması planlaşdırılıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq Agentlik tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir.

“2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb”,- deyə o əlavə edib.