CƏBRAYIL, SUQOVUŞAN VƏ ZƏNGİLANDA YAXIN VAXTLARDA YENİ MƏKTƏBLƏR İSTİFADƏYƏ VERİLƏCƏK

Cəbrayıl, Suqovuşan və Zəngilanda yaxın vaxtlarda yeni məktəblər istifadəyə veriləcək.

Bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün təhsilin qarşısında bir sıra vacib məsələlər dayanır. Şuşada və Ağdamda məktəblər tikilir.

“Bununla yanaşı Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda yeni məktəblər istifadəyə veriləcək”, – deyə o bildirib.