CƏBRAYIL, QUBADLI VƏ ZƏNGİLAN RAYONLARINDA BƏRPA, TİKİNTİ VƏ İDARƏETMƏ XİDMƏTİNİN MÜŞAHİDƏ ŞURASININ TƏRKİBİ DƏYİŞİB

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.