“BUTA AİRWAYS”-İN TƏYYARƏSİ İSTANBUL HAVA LİMANINA MƏCBURİ ENİŞ EDİB

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Buta Airways”-in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı İstanbulun yeni hava limanında enməyə qərar verib.

Qurumdan bildirilib ki, təyyarə yerli vaxt ilə saat 10:50 uğurlu eniş edib.

Əgər hava səraiti yol verərsə, İstanbulun yeni hava limanındaki təyyarə Sabiha Gökçən hava limanındaki sərnişinlərin daşınması üçün havaya qalxacaq.