Azərbaycanda 10 iyun tarixindən etibarən çimərliklərin fəaliyyətinə icazə veriləcək.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.