BU SAYTLARA DAXİL OLMAYIN – DƏLƏDUZLARLA BAĞLI XƏBƏRDARLIQ

Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olunub.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır: https://azerdostavka.shop/tracks/1684209367
“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici “WhatsApp@ nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd edilir.