BU ŞƏXSLƏR HƏRBİ-HƏKİM KOMİSSİYASININ MÜAYİNƏSİNƏ GÖNDƏRİLMƏYƏCƏKLƏR

Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sənədə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə bilərlər.