BU QATARLAR ÜZRƏ HƏRƏKƏT QRAFİKİNDƏ DƏYİŞİKLİK EDİLİB

ADY tərəfindən dəmir yollarında aparılan təmir işləri səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilir ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.

Bu qatarlar üzrə hərəkət qrafikində dəyişiklik edilib (FOTO)