BU MARŞRUT XƏTTİNDƏ GEDİŞ HAQQI 10 QƏPİK AZALDILIB

E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə marşrut xətti üzrə gediş haqqının 0.50 azn olması məqsədə müvafiq hesab edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, bu addım E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib.

Xatırladaq ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti – “Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Neftçilər prospekti – “Azneft” dairəsi – Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.