BU İSTİQAMƏTLƏRƏ AVTOBUS REYSLƏRİ TƏXİRƏ SALINIB

Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

“Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.