Təxmini oktyabr ayında VII Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət nazirliyindən bildiriblər.
Qeyd olunub ki, bu il ərzində digər beynəlxalq tədbirlərin keçirilməsi də istisna olunmur.
Xatırladaq ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən Azərbaycan Respublikasında keçirilən tədbirdir.
Sonuncu dəfə 2018-ci il oktyabrın 25–26-da keçirilən VI Bakı Beynəlxalq Humanitar forumunda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi və sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər.