2025 və 2026-cı illərdə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb ediləcək yeni fənlər müəyyənləşdirilib.
Elm və təhsil naziri Emin Əmrullayev 2025-ci il üzrə sertifikatlaşdırma planına biologiya, kimya, fizika, coğrafiya informatika fənlərinin daxil olacağını deyib. O bildirib ki, 2026-cı il üzrə sertifikatlaşdırma planına tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri daxildir.
Nazir qeyd edib ki, 2026-cı ilin sonuna qədər əlavə 40 min müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək: “Bu addım müəllimlərin bilik və bacarıqlarının artırılması, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafına təkan verməklə yanaşı, onların əməkhaqqı sisteminə də təsir göstərir. Gələcək illərdə prosesin daha da genişləndirilməsi planlaşdırılır”.