BU İL 1377 NƏFƏRƏ SƏYYAR SOSİAL-MƏİŞƏT XİDMƏTİ GÖSTƏRİLİB

Bu il səyyar sosial xidmətin göstərilməsi üçün Sosial Xidmətlər Agentliyinə 2 minə yaxın vətəndaş müraciət edib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

V.Behbudov bildirib ki, müraciət edənlərdən 1367 nəfəri ahıl, 459 nəfəri əlilliyi olan şəxs, 125 nəfəri isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərdir. Müraciət edənlərdən 1760 nəfəri səyyar sosial xidmətə qəbul edilib. Səyyar sosial xidmətə qəbul edilmiş vətəndaşlardan 1377 nəfərə sosial-məişət, 21 nəfərə sosial reabilitasiya, 362 nəfərə isə sosial-hüquqi xidmət göstərilib.