
Türkiyənin “Pegasus Airlines” loukoster aviaşirkəti martın 18-dən etibarən Azərbaycana uçuşlara başlayır.
Bu barədə şirkətin Azərbaycan nümayəndəliyindən bildiriblər.
Məlumata əsasən, uçuşlar İstanbul-Gəncə-İstanbul marşrutu ilə həyata keçiriləcək.
Mart ayında uçuşlar cümə və bazar günləri, aprel ayından isə çərşənbə axşamı və cümə günləri baş tutacaq.
Martın 18-ə planlaşdırılan ilk uçuş İstanbulda saat 14:45-də başlayacaq, Gəncəyə saat 18:00-da çatacaq. Əks istiqamətdə saat 19:30-da Gəncədən qalxan təyyarə, 21:15-də İstanbulda eniş edəcək.