
Prezident İlham Əliyevin Fərmanına əsasən, növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində bu gündən – iyulun 1-dən müavinət və təqaüdlər artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, artırılan müavinət və təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən olunub:
Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat;
Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
– 81-100 faiz pozulmasına görə (I dərəcə) – 600 manat;
– 61-80 faiz pozulmasına görə (II dərəcə) – 500 manat;
– 31-60 faiz pozulmasına görə (III dərəcə) – 400 manat;
– Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü – 2 min 200 manat;
– Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü – 2 min manat;
– Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü – 1700 manat;
– Uşağın anadan olmasına görə birdəfəlik müavinət – 600 manat;
– Dəfn üçün birdəfəlik müavinət – 600 manat;
– Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
– 0-6 yaş arası uşaq üçün – 500 manat;
– 7-13 yaş arası uşaq üçün – 600 manat;
– 14-18 yaş arası uşaq üçün – 650 manat;
Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
– 81-100 faiz pozulmasına görə (I dərəcə) – 300 manat;
– 61-80 faiz pozulmasına görə (II dərəcə) – 250 manat;
– 31-60 faiz pozulmasına görə (III dərəcə) – 180 manat;
– Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü – 350 manat;
– Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü – 250 manat;
– Övladlığa götürülən hər uşağa görə aylıq müavinət – 240 manat;
– Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) – 140 manat;
– Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət – 140 manat;
– Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət – 140 manat;
– Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) – 140 manat;
– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət – 140 manat;
– Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü – 120 manat;
– Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
– “Xalq” fəxri adına görə – 300 manat,
– “Əməkdar” fəxri adına görə – 200 manat.
Beləliklə, müavinət və təqaüdlərində artımlar edilmiş vətəndaşlar artıq bu aydan həmin ödənişlərini artırılmış məbləğlərdə alacaqlar.
Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb.
Xatırladaq ki, dövlətimizin başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.
Bu ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi üzrə ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.