BU GÜNDƏN BAKIDA BU ƏRAZİLƏRDƏ PULSUZ Wİ-Fİ XİDMƏTİ LƏĞV OLUNUR

“Bakı Telefon Rabitəsi” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması məqsədilə “İctimai Wi-Fi” xidmətinin mövcud olduğu ərazilərdə müştərilərin xidmətdən istifadəsi üzrə monitorinq işləri aparıb.

Bu barədə  “Aztelekom” MMC-dən bildirilib.

Qeyd edilib ki, monitorinqin nəticələrinə əsasən, daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, digər ərazilərdə 29.06.2022-ci il tarixindən etibarən xidmətin dayandırılmasına qərar verilib.

“İctimai Wi-Fi” xidmətinin dayandırılacağı ərazilər aşağıdakılardır:

– Qış parkı

– “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun daxilində ərazi

– Sabir bağı

– Xaqani bağı

– Axundov bağı

– Zabitlər parkı

– Hüseyn Cavid parkı

– İzmir parkı

– Sahil bağı

– Səməd Vurğun bağı

– Muğan bağı

– “Fashion Avenue” küçəsinin ərazisi

– Dədə Qorqud parkı

– Beynəlxalq Avtovağzalın perronu

Eyni zamanda, aşağıda qeyd edilən ərazilərdə “İctimai Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

– Dənizkənarı Milli Park (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri)

– Dövlət Bayrağı Meydanı (Su İdmanı Sarayına qədər)

– Heydər Əliyev Mərkəzinin parkı