Bu gündən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, proses www.bq.edu.az saytı üzərindən sentyabrın 1-dək həyata keçiriləcək.
Qeyd edilib ki,məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Bildirilib ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.