BU GÜNDƏN AZƏRBAYCANDAN HƏCC ZİYARƏTİ ÜÇÜN SƏUDİYYƏ ƏRƏBİSTANINA SƏFƏRLƏR BAŞLAYIR

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə,1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcəkdir.

Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.