BU GÜNDƏN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ İXTİSAS SEÇİMİ BAŞLANIR

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlanır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrlar) ixtisas seçimi avqustun 16-dan 28-dək aparılacaq.