BU GÜN UKRAYNADAKI AZƏRBAYCAN VƏTƏNDAŞLARI 4-CÜ ÇARTER REYSİ İLƏ TƏXLİYƏ EDİLƏCƏK

Bu gün gecə saatlarında 4-cü çarter reysi həyata keçirilərək Azərbaycan vətəndaşları Ukraynadan təxliyə ediləcək.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, 4-cü çarter reysi ilə 170-dən çox Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək.