BU GÜN RUSİYA İLƏ UKRAYNA ARASINDA DANIŞIQLARIN İKİNCİ RAUNDU KEÇİRİLƏCƏK

Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu bu gün axşam saatlarında başlayacaq.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Görüşün keçiriləcəyi yer barədə məlumat verilməyib.

Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç görüşün bu gün keçiriləcəyini təsdiq edib.

Qeyd edək ki, tərəflər arasında ilk görüş fevralın 28-də Belarusun Qomel şəhərində keçirilmişdi.