BU GÜN PARİSDƏ YAY OLİMPİADASININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK

Bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.

Sena çayında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Açılış mərasimi ilk dəfə olaraq yarışların baş tutduğu stadiondan kənarda keçiriləcək. Mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlitz körpüsündən hərəkəti ilə başlayacaq və 6 kilometrlik məsafəni əhatə edəcək.

Azərbaycan komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Ölkəmizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir. Olimpiya Oyunlarının vətəni hesab olunan Yunanıstan yığması parada birinci sırada çıxacaq. Fransa isə ev sahibi ölkə kimi sonuncu olacaq.

Olimpiadada neytral statusda yarışacaq Rusiya və Belarus idmançıları açılış mərasimində iştirak etməyəcəklər.

Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi)

Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika

Zöhrə Ağamirova

Qrup hərəkətləri komandası

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina

Batut gimnastikası

Selcan Mahsudova

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kiloqram)

Hacı Əliyev (65 kiloqram)

Turan Bayramov (74 kiloqram)

Osman Nurmaqomedov (86 kiloqram)

Maqomedxan Maqomedov (97 kiloqram)

Giorgi Meşvildişvili (125 kiloqram)

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kiloqram)

Həsrət Cəfərov (67 kiloqram)

Sənan Süleymanov (77 kiloqram)

Rafiq Hüseynov (87 kiloqram)

Sabah Şəriəti (130 kiloqram)

Qadın güləşi

Mariya Stadnik (50 kiloqram)

Atletika

Anna Skidan (çəkicatma)

Boks

Nicat Hüseynov (51 kiloqram)

Malik Həsənov (63,5 kiloqram)

Murad Allahverdiyev (80 kiloqram)

Alfonso Dominges (92 kiloqram)

Məhəmməd Abdullayev (+92 kiloqram)

Taekvondo

Qaşım Maqomedov (58 kiloqram)

Atıcılıq

Ruslan Lunyov (10 metr, pnevmatik tapança)

Basketbolun 3×3 növü

Qadınlardan ibarət Azərbaycan millisi

Avarçəkmə

Diana Dımçenko, (2000 metr, akademik avarçəkmə)

Triatlon

Rostislav Pevtsov

Qılıncoynatma

Anna Başta, (sablya)

Kamandan oxatma

Yaylagül Ramazanova

Üzgüçülük

Qadınlar

Məryəm Şeyxəlizadəxangah

Kişilər

Ramil Vəlizadə

Cüdo

Kişilər

Balabəy Ağayev (60 kiloqram)

Yaşar Nəcəfov (66 kiloqram)

Hidayət Heydərov(73 kiloqram

Zelim Tçkayev (81 kiloqram)

Elcan Hacıyev (90 kiloqram)

Zelim Kotsoyev (100 kiloqram)

Uşanqi Kokauri (+100 kiloqram)

Qadınlar

Leyla Əliyeva (48 kiloqram)

Gültac Məmmədəliyeva (52 kiloqram)

Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.