BU GÜN AZƏRBAYCAN PREMYER LİQASINDA Iİ TURA START VERİLƏCƏK

Bu gün Azərbaycan Premyer Liqasında II turunun oyunları keçiriləcək.

Keçiriləcək iki oyunla çempionatdakı fasilə başa çatacaq.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra ilk matç “Bakcell Arena”da olacaq. Mövsümə qələbə ilə başlayan “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək.

Günün digər qarşılaşmasında ötən mövsümün mükafatçıları üz-üzə gələcək. “Qarabağ” səfərdə “Keşlə” ilə qarşılaşacaq.

Qeyd edək ki, turun digər oyunları həftəsonu keçiriləcək. Sentyabrın 12-də “Səbail” “Zirə”ni, ertəsi gün “Sabah” “Qəbələ”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
II tur
11 sentyabr (cümə)


19:00. “Neftçi” – “Sumqayıt”

“Bakcell Arena”

21:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”