BU GÜN AZƏRBAYCAN BADMİNTON VƏ GÜLƏŞ FEDERASİYALARINDA SEÇKİ KEÇİRİLƏCƏK

Bu gün Azərbaycan Badminton və Güləş federasiyalarında hesabat-seçki konfransı keçiriləcək. Konfranslar saat 17:00-da başlayacaq.
Hər iki federasiyada növbəti 4 il üçün prezidentlər və icraçılar müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının hazırki prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Güləş Federasiyasının prezidenti postu isə 2018-ci ildən boşdur.