BU GÜN AKADEMİK ZİYA BÜNYADOVUN DOĞUM GÜNÜDÜR

Dekabrın 21-də dünya şöhrətli şərqşünas-alim, görkəmli ictimai xadim, akademik Ziya Bünyadovun doğum günüdür. O, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini və məhəbbətini qazanıb.
1998-ci ildə Ziya Bünyadov vəfatından sonra Azərbaycanın “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA-nın Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.