BU ƏMƏLİYYATLAR DA SIĞORTA İLƏ EDİLƏCƏK

Xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əlavə olunub.

Bu, Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan əməliyyatlar da tibbi xidmətlər zərfinə əlavə olunub.