BTQ ÇƏRÇİVƏSİNDƏ TRANZİT GÖMRÜK PROSEDURLARININ ASANLAŞDIRILMASINA DAİR SAZİŞ TƏSDİQLƏNİB

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilib.

Prezident İlham Əliyev Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.