BŞTİ: 700-Ə YAXIN UŞAQ İCMA ƏSASLI MƏKTƏBƏQƏDƏR TƏHSİL QRUPLARINA CƏLB OLUNUB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 2023-cü ildə 696 uşaq cəlb olunub.