BŞH: AZNEFT DAİRƏSİNDƏ NƏQLİYYAT ZOLAĞININ BƏZİ HİSSƏLƏRİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ MƏHDUDLAŞACAQ

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda aprelin 28-dən 30-dək baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.

BŞH-dən bildirilib ki, aprelin 15-də gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək. BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.