
Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.
İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel sədrlik edir.
İştirakçılar “Şərq tərəfdaşlığı”nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.





