BRİTANİYA SƏFİRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Şəhidlər Xiyabanını ziyarət edib.

Səfir bu barədə öz “twitter” səhifəsində yazıb.

“Şəhidlər Xiyabanında oldum. Azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirənləri dərin hüznlə anırıq”, – deyə səfir qeyd edib.