Böyük Britaniya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Böyük Britaniyanın sanksiyalar siyahısına salıb.
Onların adları yenilənən sanksiyalar siyahısında qeyd olunub.
Həmin siyahı Böyük Britaniya hökumətinin saytında yerləşdirilib. Siyahıda qeyd edilib ki, bu halda sanksiyalar aktivlərin dondurulmasını nəzərdə tutur.