BRİTANİYA PARLAMENTİNDƏ AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN RƏHBƏRİ MİNATƏMİZLƏMƏ PROSESİNİ İZLƏYİB 

Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib.

Bu barədə siyasətçi “Twitter” hesabındfa məlumat verib. Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib.

“Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə 1 milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun” – Bləkmən bildirib.